Yeni qalaktika tapılıb

Yeni qalaktika tapılıb
  24 Oktyabr 2013    Oxunub:1197
Astroloqlar 13.1 milyard işıq ili, yəni 9.6 trilyon kilometr uzaqlıqda yerləşən qalaktika kəşf edib.
AzVision.az xəbər verir ki, bu qalaktikanın Böyük Partlayışdan (Big Bang) 700 milyon il sonra yarandığı ehtimal olunur.

“Nature” elmi jurnalının nəşr etdiyi araşdırmaya görə, “z8-GND-5296” adlanan qalaktika bu günə qədər kəşf edilən ən uzaq qalaktikadır. Bu qalaktikadan yayılan işıq Yer kürəsindən 13.1 milyyard il sonra gəlib çatır.

Araşdırmada iştirak edən, Texas Universitetinin professoru Stiven Finkelşteyn bildirib ki, uZaq keçmiş haqqında çox .ey öyrənmək olar: “Bunu başa düşmək çox çətindir. Gördüyümüz həmin qalaktikanın 13.1 milyard il bundan əvvələ aid görüntüsüdür.

Adı çəkilən qalaktikada Süd yolu qalaktikasından 100 dəfə çox ulduz olduğu bildirilir.

Alimlər Günəşdən milyard dəfələrlə böyük olan bu qalaktikanıən necə yarandığını və onun işığının Yer kürəsinə qədər necə gəlib çatdığını araşdırır.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti