"İdlib razılaşması müvəqqətidir" - Lavrov
“Ötən gün türk və rus hərbçiləri İdlibdəki təhlükəsizlik zolağının dəqiq sərhədləri üzrə razılığa gəliblər. Dolayısı ilə Soçidə əldə olunan razılaşmaların icrası son dərəcə aktiv şəkildə davam etdirilir. Bu, əlbəttə, müvəqqəti razılaşmadır. Çünki sadəcə tərksilah edilmiş bir bölgə yaradılır. Amma eyni zamanda bu, İdlib ərazisindən Suriya ordusunun mövqelərinə və Hmeymimdəki Rusiya hərbi bazasına hücumların qarşısını almağa imkan verən vacib addımdır. İdlib razılaşması ilk növbədə terror təhdidinin aradan qaldırılmasına hesablanıb. Hesab etmirik ki, Suriya müxalifəti Soçi razılaşmasını fürsət bilərək Suriyanın ərazi bütövlüyünü təhdid edəcək”, – deyə Lavrov vurğulayıb.
Rusiyalı nazir onu da bəyan edib ki, İdlibdəki "Əl-Nüsra" terrorçuları və onlara məxsus ağır silahlar oktyabr ayının ortasınadək təhlükəsizlik zolağından çıxmalıdır. Lavrov, həmçnin bildirib ki, Suriyanın ərazi bütövlüyünə qarşı ən böyük təhdid Fərat çayının şərqinə nəzarət edən ABŞ-dır.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: İdlib türkiyə Rusiya Suriya