Viktoriya gölündə ölənlərin sayı 136-ya çatıb

  21 Sentyabr 2018    Oxunub : 2523
Viktoriya gölündə ölənlərin sayı 136-ya çatıb
Tanzaniyada Viktoriya gölündə sərnişin daşıyan bərə gəmisinin aşması nəticəsində ölən insanların sayı 136-ya çatıb. İtkin düşən yüzlərlə şəxsin axtarışı hələ də davam etdirilir.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Tanzaniya polisinə istinadən məlumat yayıb.

44 cəsəd gəmi aşandan dərhal sonra, digərləri isə bu gün səhər saatlarında axtarış-xilasetmə əməliyyatları bərpa edildikdən sonra aşkarlanıb.

Xatırladaq ki, ötən gün Tanzaniya, Uqanda və Keniyanın arasında yerləşən Viktoriya gölündə “Nyerere” bərə gəmisi Yukora adası yaxınlığında aşıb.

“France-Presse” xəbər verib ki, gəminin göyərtəsində 200 nəfər olub, bu da onun tutum imkanlarından 2 dəfə çoxdur. Yerli məmurlar isə gəmidəki sərnişinlərin 400-dən çox olduğunu bildiriblər. Həmçinin, gəmidə digər yüklər – qarğıdalı torbaları, banan və sement də daşınıb ki, nəticədə ağırlığa dözməyən gəmi çevrilib.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: