Rezidenturaya keçirilən müsabiqənin nəticələri

  21 Sentyabr 2018    Oxunub : 8727
Rezidenturaya keçirilən müsabiqənin nəticələri
2018/2019-cu tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinin müsabiqəsində iştirak üçün müsabiqə şərtini ödəmiş 45 namizəd ərizə ilə müraciət edib. Qəbul olunan namizədlərin siyahısı ilə Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet səhifəsində tanış olmaq mümkündür.
DİM-dən AzVision.az-a verilən məlumata görə, rezidenturaya qəbul olunanlar sentyabrın 24-də lazımi sənədləri aşağıda göstərilən qurumlara təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

– Azərbaycan Tibb Universiteti və digər tibb müəssisələrinə qəbul olunmuş namizədlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə;

– Naxçıvan Dövlət Universitetinə qəbul olunmuş namizədlər Naxçıvan MR Səhiyyə Nazirliyinə və ya DİM-ə (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28. Bakı Asiya Universitetinin binası)

Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi dəyərləndiriləcək və o, qəbul olunanlar siyahısından çıxarılacaq.

AzVision.az

Teqlər: DİM   Rezidentura