Avstriyalı deputat Azərbaycanın müdafiəsinə qalxdı

Avstriyalı deputat Azərbaycanın müdafiəsinə qalxdı
  24 Oktyabr 2013    Oxunub:1619
Avropa Parlamentinin polşalı məruzəçisi Tomaş Poreba tərəfindən hazırlanmış “Ermənistan Respublikasının Avropa Birliyinin proqramlarında iştirakının ümumi prinsiplərinə dair Avropa Birliyi ilə Ermənistan Respublikası arasındakı çərçivə sənədi” mövzusunda hazırladığı tövsiyyələrin müzakirəsi keçirilib.

Ermənistanın Gömrük İttifaqına qoşulması barəsində Avropa Birliyi ilə apardığı iki illik danışıqların nəticəsi Vilnüs Sammiti ərəfəsində Avropa parlamentarilərinin qəzəbinə səbəb olub. Ermənistanda insan hüquqlarının kobud şəkildə pozulması, vətəndaş cəmiyyəti ilə dini icmalar arasındakı təzyiqlər, azsaylı dini icmalara qarşı dözümsüzlük, və radikalizm avropalı deputatların nəzərindən yayınmayıb.

“Yaşıllar” partiyasının nümayəndəlisi, avstriyalı deputat Y. Lunaçek Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması məsələsini qaldıraraq, Dağlıq-Qarabağda yaşayan ermənilərin Avropa Birliyinin Ermənistanda apardığı proqramlarda iştirakının yolverilməz olduğunu qeyd etdi.

Deputatın bu çıxışı ilə bağlı araşdırma aparan Avropa Birliyinin xarici fəaliyyət xidməti bu proqramların Dağlıq-Qarabağa heç bir aidiyyəti olmadığını bildirdi. Belə ki, protokolun 9-cu maddəsinə əsasən, proqramlar ancaq Ermənistan Respublikasının ərazisinə şamil olunur. Bu maddəni beynəlxalq hüquq baxımdan dəqiqləşdirən Avropa birliyinin xarici fəaliyyət xidməti, Ermənistan sərhədlərindən kənarda yerləşən müəyyən obyektlərin həmin proqramlardan yararlanmaq hüququ olduğunu qeyd edib.

Sənədin 2-ci maddəsində bildirilir ki, viza rejiminin ləğvi haqqında razılaşma yalnız Ermənistan vətəndaşlarına şamil olunur.

Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan əraziləri beynəlxalq ictimaiyyət və Avropa Birliyi tərəfindən Ermənistan ərazisi kimi qəbul olunmayacaq. “Miatsum” elə fantaziya olaraq qalacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti