Rüstəm Orucov 1/8 finalda - Yenilənib
Rüstəm Orucov isə dünya çempionatında 1/8 finala yüksəlib. 73 kq çəki dərəcəsində yer alan idmançımız 1/16 final mərhələsində BƏƏ-dən olan Viktor Skvortsova qalib gəlib. O, ipponla qələbə qazanıb.
***
Cüdoçumuz Rüstəm Orucov Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
AzVision.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizəyə qoşulan cüdoçumz ilk görüşündə misirli Məhəmməd Mohyeldinə qalib gəlib. O, ipponla qələbə qazanıb. Orucovun 1/16 finalda rəqibi Viktor Mrovçinski (Polşa) - Viktor Skvortsov (BƏƏ) cütünün qalibi olacaq.
Qadın cüdoçumuz İçinxorlu Munxtsedev isə dünya çempionatında mübarizəni erkən dayandırıb. 57 kq çəki dərəcəsindəki idmançı 1/32 finala təsadüf edən ilk görüşündəcə almaniyalı Amelie Stolla ipponla uduzub.
***
Bakıda davam edən dünya çempionatında bu gün Azərbaycanın daha 3 cüdoçusu tatami üzərinə çıxacaq. Kişilərdən 73 kq çəkidə yer alan Avropa çempionları Rüstəm Orucovla Hidayət Heydərov mübarizə aparacaq. Onlar mübarizəyə 1/32 final mərhələsindən başlayacaqlar. 27 yaşlı Orucovun ilk rəqibi misirli Məhəmməd Mohyeldin olacaq. 21 yaşlı Heydərov isə iraqlı Sajjad Sehenlə üz-üzə gələcək.
Qadınların yarışında isə 57 kq çəkidə İçinxorlu Munxtsedev qüvvəsini sınayacaq. 1/32 finalda onun bəxtinə almaniyalı Amelie Stoll düşüb.
İlk görüşlər saat 10:00-da start götürüb. Saat 16:00-da isə medal qarşılaşmaları olacaq.
Dünya çempionatı
57 kq
1/32 final. İçinxorlu Munxtsedev - Amelie Stoll (Almaniya)
73 kq
1/32 final. Rüstəm Orucov - Məhəmməd Mohyeldin (Misir)
1/32 final. Hidayət Heydərov - Sajjad Sehen (İraq)
Qeyd edək ki, ilk iki yarış günündə Azərbaycan cüdoçularından ən yüksək nəticəni Kəramət Hüseynov göstərib. 60 kq çəki dərəcəsində yer alan 20 yaşlı idmançı 5-ci yeri tutub.
AzVision.az
Teqlər: Cüdo Dünya-Çempionatı