Dünya şöhrətli Kafu Bakıya gəlir

Dünya şöhrətli Kafu Bakıya gəlir
  22 Sentyabr 2018    Oxunub:6112
Futbol üzrə braziliyalı 2 qat dünya çempionu Kafu Bakıya gələcək.
Bu barədə AzVision.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, 48 yaşlı sabiq müdafiəçi sentyabrın 26-da “Boulevard Hotel”də Xüsusi Olimpiya Hərəkatının dünya üzrə səfiri elan edilməsi ilə bağlı sənədin imzalanması mərasimində iştirak edəcək. Kafunun jurnalistlərlə görüşü də nəzərdə tutulub.

Qeyd edək ki, Kafu 1994 və 2002-ci illərdə dünya çempionu olub.

AzVision.az


Teqlər: Kafu   Bakı  





Xəbər lenti