İrəvan Minsk qrupu formatının dəyişdirilməsini istəmir

İrəvan Minsk qrupu formatının dəyişdirilməsini istəmir
  22 Sentyabr 2018    Oxunub:3282
"ATƏT-in Minsk qrupunun formatı daha effektlidir. Belə olub və bundan sonra daha da effektli olacaq"

AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan ölkənin İctimai televiziyasına müsahibəsində deyib.
“Minsk qrupu formatının dəyişdirilməsinə edilən istənilən cəhdlər effektsiz olacaq. Biz buna qətiyyətlə qarşı çıxırıq”, – deyə Mnatsakanyan bildirib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində atılan addımlardan danışan Mnatsakanyan vurğulayıb ki, danışıqların prosesinin irəliləməsinə imkan verəcək atmosferin yaradılması və ilk növbədə, atəşkəsə riayət olunması vacibdir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ  





Xəbər lenti