Tramp Rusiya üzrə mütəxəssisi Ermənistana səfir təyin etdi - FOTOLAR

Tramp Rusiya üzrə mütəxəssisi Ermənistana səfir təyin etdi - FOTOLAR
  22 Sentyabr 2018    Oxunub:3315
ABŞ prezidenti Donald Tramp Rusiya və keçmiş sovet ölkələri üzrə mütəxəssis Linn Treysini Birləşmiş Ştatların Ermənistandakı səfiri postuna təyin edib.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, xanım Linn Treysi karyeralı diplomatdır və hazırda ABŞ Dövlət Departamentində Rusiya məsələləri üzrə baş məsləhətçidir. Bundan əvvəl isə o, ABŞ-ın Moskva, Aşqabad və Astanadakı səfirinin müavini, həmçinin, ABŞ dövlət katibinin Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini vəzifələrində çalışıb. Linn Treysi rus dilində sərbəst danışa bilir.

Treysi, həmçinin ABŞ-ın Pakistanın Peşəvar şəhərindəki konsulluğunda da çalışıb və oradakı fəaliyyətinə görə şəxsən ABŞ dövlət katibi tərəfindən “Qəhrəmanlığına görə” mükafatı ilə təltif edilib.

Treysinin Ermənistana səfir kimi namizədliyi ABŞ Senatında baxıldıqdan sonra təsdiq olunmalıdır.





Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   ABŞ   Rusiya  





Xəbər lenti