Tehran terrora görə məsuliyyəti ABŞ-ın üzərinə atdı
AzVision.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif açıqlamasında bildirib.
Nazir vurğulayıb ki, vətəndaşların müdafiəsi üçün İran cəld və qəti şəkildə cavab tədbirləri görəcək.
Qeyd edək ki, bu gün səhər saatlarında İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı "Təkfiri" qruplaşması üzvlərinin hərbçilərə açdığı atəş nəticəsində ölənlərin sayı 11-ə çatıb. Onlardan biri jurnalistdir. Daha 20 nəfər isə yaralanıb. Yaralların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir. Hücum zamanı terrorçulardan ikisi hadisə yerində zərərsizləşdirilib, digər iki nəfər isə qaça bilib.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: