Yəməndə insanlar aclıqdan yarpaq yeyir

Yəməndə insanlar aclıqdan yarpaq yeyir
  22 Sentyabr 2018    Oxunub:5061
Yəməndəki vəziyyət fəlakətə yaxındır.
AzVision.az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında baş katibin humanitar məsələlər üzrə müavini Mark Loukok bildirib. Onun sözlərinə görə, Yəməndə qida məhsullarının əldə edilməsində çətinlik çəkən əhalinin sayı arta bilər:

"Hazırda 8 milyon insan aclıqdan əziyyət çəkir. Lakin tezliklə daha 3,5 milyon nəfər eyni vəziyyətlə üzləşə bilər. Ölkədə iqtisadi durum da getdikcə ağırlaşır. Valyutanın dəyəri bir ayda 30% düşüb. Çünki bütün yeməklər, istehlak Yəmənə idxal olunur. Valyutanın dəyərinin aşağı düşməsi ərzaq məhsullarının bahalaşmasına birbaşa təsir göstərir. Bu tendensiya ölkə əhalisinin təxminən 10 milyonuna toxunur".

Loukok vurğulayıb ki, Yəməndə artıq ərzaq tapa bilməyib yarpaqları yeməyə məcbur olan insanlar var.

AzVision.az


Teqlər: Yəmən   BMT  





Xəbər lenti