“Qarabağ” - “Arsenal” oyununa 10 min bilet satılıb

“Qarabağ” - “Arsenal” oyununa 10 min bilet satılıb
  22 Sentyabr 2018    Oxunub:6136
Avroliqanın II turunda keçiriləcək “Qarabağ” - “Arsenal” oyununa bilet satışı davam edir.
AzVision.az “Qarabağ”ın “Facebook” səhifəsinə istinadən xəbər verir ki, 2 günə 10 min bilet satılıb.

Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manat arasında dəyişir. Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-ü saat 20:55-də başlayacaq.

AzVision.az


Teqlər: Qarabağ   Arsenal   Avroliqa  





Xəbər lenti