Polo millimiz Fransaya qalib gəlib - FOTO

Polo millimiz Fransaya qalib gəlib - FOTO
  22 Sentyabr 2018    Oxunub:5273
İtaliyanın Siyene şəhərində Polo üzrə Avropa Çempionatı davam edir.
AzVision.az xəbər verir ki, bu gün yarışın 2-ci turunda Fransa komandası ilə qarşılaşan Azərbaycan milli yığması növbəti inamlı qələbəsini qazanıb.

Milli yığmamızın üzvləri qələbə qazanmaq üçün güclü iradə və yüksək peşəkarlıq nümayiş etdirərək rəqiblərini 8:4 hesabı ilə darmadağın ediblər. İkiqat Avropa çempionu və bu turnirin ikiqat gümüş mükafatçısı olan güclü Fransa yığmasına məğlubiyyət hissini yaşadan milli komandamızın tərkibində Elçin Camallı və Fabian Bolanterio xüsusilə fərqləniblər.

Azərbaycan yığma komandasının baş məşqçisi Namiq Orucov böyük hesablı növbəti qələbə münasibətilə idmançılarımızı təbrik edib, oyunun nəticəsindən məmnunluğunu ifadə edib və göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, 30 sentyabr 2018-ci il tarixədək davam edəcək Polo üzrə Avropa Çempionatının 24 sentyabr tarixində keçiriləcək 3-cü turunda Azərbaycan millisi Slovakiya yığması ilə, 28 sentyabr tarixində baş tutacaq 4-cü turda isə hazırki Avropa çempionu İrlandiya komandası ilə qarşılaşacaq.




AzVision.az


Teqlər: Polo  





Xəbər lenti