İngiltərəni hörümçək basdı-VIDEO

İngiltərəni hörümçək basdı-VIDEO
  24 Oktyabr 2013    Oxunub:8508
İngiltərənin Qloster şəhəri hörümcəklərin hücumuna məruz qalıb.
Həşəratların çoxluğundan ehtiyatlanan yerli dairələr şəhər məktəbinin bağlanması barədə qərar qəbul edib. Hazırda tədris ocağında zəhərli hörümcəklərin məhv edilməsi üçün dərmanlama işləri aparılır.

Mütəxəssislər bildirir ki, "Qara dul" adı verilən və zəhərli hörümcək növü olan bu həşərat hələ 19-cu əsrin sonlarında adaya ayaq açıb. Bundan sonra bu canlılar İngiltərənin cənub-qərbində münbit həyat tərzi keçirir.

Həmçinin qeyd olunur ki, hörümcək sancması vəhşi arının sancması effekti verir və çox nadir hallarda rast gəlinir. Bununla belə Böyük Britaniya mətbuatı hadisəni şişirdərək həşəratların zəhərinin ölümcül olduğunu yazır.



AzVision.az


Teqlər:  





Xəbər lenti