"Hər üç gündən bir oyun keçiririk" - Qurban Qurbanov

  24 Sentyabr 2018    Oxunub : 5100
"Hər üç gündən bir oyun keçiririk" - Qurban Qurbanov
"Çox vacib qələbə qazandıq. Hər üç gündən bir oyun keçiririk, buna görə də heyətdə rotasiya etmişdik".
AzVision.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ötən gün keçirilən "Qarabağ" - "Qəbələ" oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Q.Qurbanov bildirib ki, futbolçuları çox istəkli idilər, azarkeşlər də yaxşı futbol izlədilər.

Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" oyunu Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

AzVision.az

Teqlər: Qarabağ   Qəbələ