Moskvadan İsrailə “zərbə” - Suriyanın müdafiəsi gücləndirilir

Moskvadan İsrailə “zərbə” - Suriyanın müdafiəsi gücləndirilir
  24 Sentyabr 2018    Oxunub:2558
Rusiya 2 həftə ərzində təcili surətdə Suriyaya “S-300” raketdən müdafiə sistemləri verəcək.

AzVision.az xəbər verir, bu barədə Rusiyanın müdafə naziri Sergey Şoyqu bildirib. Bununla da, illər öncə İsraillə əldə olunan razılıq pozulub.
““S-300”lər 250 kilometrdən uzaq məsafədə havadan hücum vasitələrini ələ keçirməyə və eyni zamanda bir neçə hava hədəfini vurmağa qadirdir. Bu raketdən müdafiə sistemləri Suriyanın hava hücumundan müdafiə qüvvələrinin döyüş imkanlarını əhəmiyyətli dərəcədə möhkəmləndirəcək. Rusiya 2013-cü ildə məhz İsrailin xahişi ilə Dəməşqə “S-300”lərin verilməsini dayandırmışdı, lakin indi vəziyyət dəyişib və bu, heç də Moskvanın günahı deyil. Moskva İsrailin davranışları üzündən rusiyalı hərbçilərin təhlükəsizliyini gücləndirmək üçün adekvat cavab tədbirləri görməyə məcburdur. Əminik ki, bu cür tədbirlər “isti başları” soyudacaq və onları düşünülməmiş addımlardan çəkindirəcək. Əks təqdirdə, yaranmış vəziyyətə uyğun reaksiya verməyə məcbur olacağıq”, – deyə Şoyqu xəbərdarlıq edib.

Rusiyalı nazir vurğulayıb ki, Moskva Suriyanın hava hücumundan müdafiə məntəqələri üçün müasir avtomatlaşdırılmış idarəetmə sistemləri də verəcək. Həmçinin, Rusiya Aralıq dənizinin Suriyaya məxsus akvatoriyası üzərində peyk naviqasiyasını, radiolokasiya sistemlərini və döyüş aviasiyası rabitəsini gücləndirəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Suriya   Rusiya   İsrail   S-300  





Xəbər lenti