Ruhani Trampla görüşmək istəmir: "Bizə qarşı səhv etdi"

Ruhani Trampla görüşmək istəmir: "Bizə qarşı səhv etdi"
  25 Sentyabr 2018    Oxunub:3372
Hazırda Nyu-Yorkda səfərdə olan İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampla gözlənilən görüşünün əhəmiyyətsiz olduğunu bildirib.

AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ruhani BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün getdiyi ABŞ-da mətbuat konfransı keçirib.
İran prezidenti son vaxtlar ABŞ-la yaşanan gərgin münasibətlərə aydınlıq gətirərək Trampın onun ölkəsinə və xalqına qarşı yalnış addımlar atdığını deyib.

Ruhani, həmçinin İranın Şimali Koreya ilə müqayisə edilməsinin doğru olmadığını diqqətə çatdırıb. İran rəhbəri, Trampın heç bir səbəb göstərmədən nüvə sazişindən çıxdığını, İran xalqının sanksiyalarla təhdid edildiyini vurğulayıb.

"Trampın addımları heç bir ümid vermir. Bu səbəbdən görüşün əhəmiyyətsiz olduğunu düşünürəm", - deyə Ruhani qeyd edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ruhani ilə görüşə hazır olduğunu bildirib.

AzVision.az


Teqlər: Ruhani   Tramp   iran   ABŞ  





Xəbər lenti