Gültəkin Hacıbəylinin şikayəti rədd edildi

Gültəkin Hacıbəylinin şikayəti rədd edildi
  24 Oktyabr 2013    Oxunub:1099
Bakı Apellyasiya Məhkəməsi sabiq millət vəkili Gültəkin Hacıbəylinin şikayətini rədd etdi.
Bu gün - oktyabrın 24-də Apelyasiya Məhkəməsində hakim İlham Əsədovun sədrliyi ilə, keçmiş deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin apelyasiya şikayətinə baxılıb. Bu barədə onun keçmiş həyat yoldaşı Mahmud Mehdiyev məlumat verib.
M.Mehdiyevin sözlərinə görə, Gültəkin Hacıbəyli məhkəmə prosesində iştirak etməyib. Apelyasiya Məhkəməsi isə Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsi Mahmud Mehdiyev həftənin 4 günü 9 yaşlı oğlu Toğrul Mehdiyevlə görüşməsinə icazə verib. Bununla yanaşı Toğrul həftədə bir dəfə atasının yanında qala bilər.

Xatırladaq ki, Gültəkin Hacıbəyliyə qarşı onun keçmiş həyat yoldaşı və baldızı tərəfindən digər iddia da qaldırılıb. Həmin iddia üzrə məhkəmə prosesi oktyabrın 28-də Yasamal Rayon Məhkəməsində keçiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti