Dünya çempionatı: 2 cüdoçumuz mübarizəyə qoşulur
Bu gün qadınların yarışında 78 kq çəkiyə malik cüdoçular da qüvvəsini sınayacaq. Azərbaycan millisi bu çəki dərəcəsində təmsil olunmur. İlk görüşlər saat 10:00-da start götürəcək. Saat 16:00-dan etibarən isə medal qarşılaşmaları başlanacaq.
Qasımov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının, eləcə də 2014-cü il Avropa çempionatının gümüş, 2012-ci il qitə çempionatının və 2017-ci il dünya çempionatının bürünc medalçısıdır. 27 yaşlı idmançı Dünya Turu seriyalı yarışlarda 5 qızıl, 3 gümüş və 7 bürünc medal əldə edib. O, 2009-cu ildə Ermənistanın paytaxtı Yerevanda gənclər arasında Avropa çempionatında qızıl medal qazanaraq, Azərbaycanın dövlət himnini səsləndirib.
Kotsoyev Avropa Kubokunun qalibi, builki qitə çempionatının bürünc medalçısıdır. 20 yaşlı cüdoçu 2 dəfə Qrin-prilərdə 1-ci yeri tutub.
Qeyd edək ki, geridə qalan 5 yarış günündə Azərbaycan idmançılarından Aişə Qurbanlı (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinxorlu Munxtsedev (57 kq), Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) və Məmmədəli Mehdiyev (90 kq) çıxışlarını başa vurublar. Onlardan yalnız Heydərov dünya çempionatının bürünc medalını qazanıb. Fərdi yarışlarda son olaraq sentyabrın 26-da İrina Kindzerska (+78 kq) və Uşangi Kokauri (+100 kq) mübarizə aparacaq.
AzVision.az
Teqlər: Cüdo Dünya-Çempionatı