Erməni general istintaqa cəlb olundu

Erməni general istintaqa cəlb olundu
  25 Sentyabr 2018    Oxunub:2190
Ermənistan polisinin sabiq rəis müavini və daxili qoşunların keçmiş komandiri, general-leytenant Levon Yeranosyan Ermənistanın Xüsusi İstintaq Xidmətinə çağırılaraq ifadəsi alınıb.

AzVision.az “Shamshyan.com”a istinadən xəbər verir ki, Yeranosyanın hansı cinayət işi çərçivəsində istintaqa cəlb edildiyi və dindirildiyi hələ ki məlum deyil.
Lakin qeyd olunub ki, erməni general Xüsusi İstintaq Xidmətində uzun müddət saxlanılıb və dindirilmə bir neçə saat çəkib.

Xatırladaq ki, Yeranosyan həmçinin, sentyabrın əvvəlində də Xüsusi İstintaq Xidmətinə çağırılaraq ifadəsi alınmışdı. Həmin vaxt o, “Elektrik İrəvan” işi üzrə açılan cinayət işi çərçivəsində istintaqa cəlb olunmuşdu.

Qeyd edək ki, Ermənistanda 2008-ci ilin 1 mart qırğını, həmçinin Ermənistan Silahlı Qüvvələrində və Müdafiə Nazirliyində irimiqyaslı korrupsiya halları, sabiq və hazırkı yüksək rütbəli məmurların səlahiyyətlərindən sui-istifadə etmələrinə dair bir sıra cinayət işi açılıb, istintaq aparılır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   General   istintaq  





Xəbər lenti