Xəbər saytından maraqlı yenilik: Fiziki məhdudiyyətli insanlar işləyəcək
Onlara müxbirlik, tərcüməçilik, redaktə, korrektə, montaj işləri, fotoqraflıq, operatorluq, videoblogerlik, SMM kimi sahələr öyrədiləcək. Bu müddət ərzində isə maaşla təmin ediləcəklər.
Azərbaycanda 624 min əlil yaşayır, bu da əhalinin 6,3 faizi deməkdir. Amma onların cəmi 32,5 faizi işləyir. Onlara hər il dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müdafiəsi Fondu vasitəsilə 82 milyon manat ödənilir.
Faktor.az-ın daha bir məqsədi bu təcrübəni böyüdüb, bütün ölkədə tətbiq etməkdir ki, bununla da dövlətin bu sahədəki fəaliyyətinə ciddi şəkildə dəstək veriləcək.
Məlumat üçün bildirək ki, “Faktor Azərbaycan” MMC-nin tərkibində faktorSMM xidməti, AQAT Channel və faktor.az yutub kanalları, eləcə də faktor.az xəbər saytı fəaliyyət göstərir.
Teqlər: