İrəvanda partlayış olub - Ölən var

İrəvanda partlayış olub - Ölən var
  25 Sentyabr 2018    Oxunub:2205
İrəvanda yerləşən “Surb Qriqor Lusavoriç” tibb mərkəzində partlayış olub. Bir neçə dəqiqə əvvəl baş verən partlayış nəticəsində bir nəfər ölüb.
AzVision.az “Shamshyan.com”a istinadən xəbər verir ki, ölən şəxs tibb mərkəzinin 31 yaşlı əməkdaşıdır. Hadisə yerinə polis və istintaq orqanlarının nümayəndələri, həmçinin yanğınsöndürən maşınlar cəlb edilib.

İlkin ehtimala görə, insidentə tezalışan “oksigen” kimyəvi qazının partlaması səbəb olub. Partlayışın baş verdiyi əraziyə baxış keçirən polis hadisənin dəqiq səbbələrini və ölənin kimliyini müəyyənləşdirməyə çalışır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   İrəavan  





Xəbər lenti