“Ruhani ilə görüş planım yoxdur” - Tramp

“Ruhani ilə görüş planım yoxdur” -  Tramp
  25 Sentyabr 2018    Oxunub:2871
ABŞ prezidenti Donald Tramp aldığı “sorğulara” rəğmən, iranlı həmkarı Həsən Ruhani ilə hələlik görüşmək planının olmadığını bildirib.
AzVision.az xəbər verir ki, bu barədə Tramp özünün "Tvitter" səhifəsində yazıb.

“Sorğulara baxmayaraq, İran prezidenti Həsən Ruhani ilə görüş keçirmək planım yoxdur. Ola bilsin, nə vaxtsa gələcəkdə görüşdük. Eşitmişəm ki, o, olduqca heyrətamiz insandır”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Tehranın Ruhani və Tramp görüşünün təşkilini istədiyini bildirmişdi. İran XİN isə bu məlumatı təkzib edib.

Hazırda Nyu-Yorkda səfərdə olan İran prezidenti Həsən Ruhani isə bildirib ki, Tramp onun ölkəsinə və xalqına qarşı yalnış addımlar atıb və ABŞ prezidentinin qərarları heç bir ümid vermir. O, bu səbəbdən Trampla gözlənilən görüşünün əhəmiyyətsiz olduğunu düşünür.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   BMT   ABŞ  





Xəbər lenti