İsrail ordusu Suriyadakı İran hərbçilərinə qarşı döyüşəcək

İsrail ordusu Suriyadakı İran hərbçilərinə qarşı döyüşəcək
  25 Sentyabr 2018    Oxunub:2906
İsrailin təhlükəsizlik məsələləri üzrə hərbi-siyasi komissiyası yeni qərarla İsrail ordusuna İranın Suriyada hərbi cəhətdən möhkəmlənməsinə qarşı fəaliyyətini və Suriyada Rusiya hərbçiləri ilə koordinasiyanı davam etdirməsi barədə əmr verib.
AzVision.az xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat xidməti məlumat yayıb.

İsrailin baş naziri Benyamin Netanyuhu isə bəyan edib ki, Suriya üzrə koordinasiyanın aparılması və İsraillə Rusiya orduları arasında təhlükəsizlik məsələlərinin müzakirəsi üçün iki ölkənin hərbçilərinin tez bir zamanda görüşünün təşkili barədə Rusiya prezidenti Vladimir Putinlə razılığa gəliblər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   Suriya   İsrail  





Xəbər lenti