Azərbaycan Türkiyə və ABŞ-la birgə hərbi təlimlərə qatılacaq

Azərbaycan Türkiyə və ABŞ-la birgə hərbi təlimlərə qatılacaq
  25 Sentyabr 2018    Oxunub:2618
Türkiyə 28 sentyabr-7 oktyabr tarixlərində Aralıq dənizinin şərqində ABŞ, Azərbaycan, Bəhreyn, Əlcəzair, Qətər, Küveyt, Pakistan, Rumıniya və Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin iştirakı ilə genişmiqyaslı hərbi dəniz təlimləri keçirəcək.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin baş qərargahı məlumat yayıb.

Bildirilib ki, “Mavi Balina-2018” adı altında keçiriləcək təlimlərdə Türkiyənin hərbi hava və hərbi dəniz qüvvələri NATO, ABŞ, Azərbaycan, Bəhreyn, Əlcəzair, Qətər, Küveyt, Pakistan, Rumıniya və Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri ilə birlikdə sualtı qayıqlar əleyhinə döyüş tapşırıqlarını icra edəcək və təlimlərdə iştirak edən ölkələrlə suda və hava məkanında koordinasiyanı təşkil edəcək.

Aralıq dənizində 10 gün davam edəcək “Mavi Balina-2018” hərbi təlimlərinə Türkiyənin 4 freqatı, 5 sualtı qayığı, 2 sahil-nəzarət gəmisi, maddi-texniki dəstək gəmisi, 3 təyyarəsi və 6 helikopteri qatılacaq.

Qeyd edək ki, son illər Türkiyə öz müttəfiqləri ilə bu formatda hərbi təlimləri mütəmadi olaraq keçirir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   NATO   Azərbaycan   ABŞ  





Xəbər lenti