Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi

Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi
  26 Sentyabr 2018    Oxunub:7624
Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Moskva vilayətinin mədəniyyət naziri təyin edilib.

AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bununla bağlı Moskva vilayətinin qubernatoru Andrey Vorobyov əmr imzalayıb.
Qeyd edək ki, N.Şirəliyeva Bakı şəhərində anadan olub, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda təhsil alıb. İngilis və fransız dillərini mükəmməl bilir.

2013-cü ildən Moskva vilayəti qubernatorunun Administrasiyasında mədəniyyət müşaviri vəzifəsində çalışıb.

AzVision.az


Teqlər: Oqtay-Şirəliyev   Nazir   Rusiya   Moskva  





Xəbər lenti