Əfsanəvi braziliyalı futbolçu Bakıda - FOTOLAR

Əfsanəvi braziliyalı futbolçu Bakıda - FOTOLAR
  26 Sentyabr 2018    Oxunub:14821
"Bu, mənim Bakıya ilk gəlişimdir. Bakıda olmaq, xüsusi olimpiya tədbirində iştirak etmək çoxdanki arzum idi və bu reallaşdı"

AzVision.az xəbər verir ki, bunu futbol üzrə ikiqat dünya çempionu, braziliyalı Kafu Bakıda jurnalistlərlə görüş zamanı deyib.
O bildirib ki, xüsusi olimpiya hərəkatının bir üzvü olmaq və səfiri qismində iştirak etmək əlamətdar hadisədir: "Səfir kimi işlərə gəlincə, burada yarış qurmaq məqsəd deyil, məqsəd bura qoşulan insanların, uşaqların üzündə gülüş, təbəssüm yaratmaqdır. Bu, qalibiyyət və zənginlikdən də gözəl hisslərdir".

Kafu, Bakıya səfəri zamanı Azərbaycan futbolu ilə maraqlanacağını söyləyib.





















Aytən Zəhra
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Kafu  





Xəbər lenti