Pentaqon ABŞ-a qarşı ən böyük təhdidi açıqladı

Pentaqon ABŞ-a qarşı ən böyük təhdidi açıqladı
  26 Sentyabr 2018    Oxunub:1630
ABŞ-ın müdafiə naziri Ceyms Mettis Rusiyanın nüvə silahını Amerika üçün bir nömrəli təhlükə adlandırıb.
AzVision.az xəbər verir ki, bu barədə Mettis Virciniya Hərbi İnstitutunda çıxışı zamanı bəyan edib.

“Əgər xarici çağırışlardan danışırıqsa, onda ilk növbədə diqqət yetirməli olduğumuz şey Rusiya tərəfindən nüvə təhdididir. Çin bundan nisbətən az, ola bilsin Şimali Koreya da bu növ təhdidə daxildir”, – deyə Pentaqon rəhbəri vurğulayıb.

Mettisin sözlərinə görə, Şimali Koreya ABŞ üçün ən aktual problemdir. Rusiya hərbi kontekstdə ən çətin çağırış, Çin isə uzunmüddətli siyasi təhdiddir.

Leyla Elbrusqızı
AzVision.az





Teqlər: ABŞ   Rusiya   Çin  





Xəbər lenti