Ruslardan qaçan Poroşenko Lavrovun otağında: “Yəqin, tualetlə səhv salmısan”

Ruslardan qaçan Poroşenko Lavrovun otağında: “Yəqin, tualetlə səhv salmısan”
  26 Sentyabr 2018    Oxunub:5308
Ukrayna prezidenti Pyotr Poroşenko BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində təşkilatın Nyu-Yorkdakı binasında səhvən Rusiya nümayəndə heyətinin danışıqlar otağına girib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, otaqda onu Rusiya xarici işlər naziri Sergey Lavrov qarşılayıb və Krım məsələsinə görə Moskvanı “düşmən” hesab edən Poroşenkonun bu addımından təəccüblənərək “yəqin, otağı tualetlə səhv salmısan” deyib.

Lavrovun bu ifadəsinin təsirindən ayıldıqdan sonra Poroşenko səhvən Rusiyaya ayrılan otağa daxil olduğunu anlayıb və 15 saniyə içində oranı tərk edib.

Qeyd olunub ki, Donbassda BMT sülhməramlılarının yerləşdirilməsi məsələsinin müzakirəsinə həsr olunan görüşə tələsən Ukrayna prezidenti görüşün keçiriləcəyi otağa gedərkən zalda rusiyalı jurnalistləri görüb. Jurnalistlərin suallarından yayınmaq üçün gizlənməyə çalışan Poroşenko cəld şəkildə görüş məkanına getmək istəyib və qapısını döymədən yaxınlıqdakı otağa daxil olub. Lakin məlum olub ki, otaq Rusiya nümayəndə heyətinə məxsusdur.

Sosial şəbəkələrdə Poroşenkonun düşdüyü bu vəziyyət gülüş hədəfinə çevrilib. İstifadəçilər “deyəsən içkili olub”, “təsadüfə bax ki, 200-ə yaxın ölkənin içərisində səhvən Rusiyanın otağına girəsən”, “ruslardan qaçıb, yenə ruslara düşüb” kimi şərhlər yazıblar.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   BMT  





Xəbər lenti