Putinin Bakı səfərinin proqramı açıqlandı

Putinin Bakı səfərinin proqramı açıqlandı
  26 Sentyabr 2018    Oxunub:3281
Rusiya prezidenti Vladimir Putin sabah Azərbaycana rəsmi səfərə gələcək.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O, bildirib ki, Putin sentyabrın 27-də Bakıda Rusiya-Azərbaycan regionlararası forumda iştirak edəcək.
Peskovun sözlərinə görə, Azərbaycan və Rusiya prezidentləri region rəhbərləri ilə görüşəcək və forumda çıxış edəcəklər.

Bundan əvvəl, Putin Bakıda keçirilən cüdo üzrə dünya çempionatını izləyəcək.

AzVision.az


Teqlər: Rusiya   Putin  





Xəbər lenti