Strateji hədəf: Ödənişli təhsil ləğv olunacaq

Strateji hədəf: Ödənişli təhsil ləğv olunacaq
  25 Oktyabr 2013    Oxunub:1566
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısı Azərbaycan Respublikasında səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələrinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan, iqtisadi cəhətdən dayanıqlı təhsil sistemini yaratmaq məqsədi ilə Dövlət Strategiyasını təsdiq edib.

Sənədin 7-ci bölümünün 3.1.6-cı maddəsində deyilir ki, strateji hədəf kimi `Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi, dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi` nəzərtə tutulub.

Bundan başqa, məktəbə hazırlıq təhsilinin (1 il) icbariliyinin təmin olunması, erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması, istedadadlı uşaqlar üçün xüsusi inkişaf proqramlarının hazırlanması, ali təhsil müəssisələrinə təhsilin məzmununun tətbiqi müstəqilliyinin verilməsi, müəllim peşəsinin nüfuzunun artırılması üzrə dövlət siyasətinin inkişafı və digər vacib məsələlər nəzərdə tutulub.

Sənədin tam mətni ilə BURADA tanış olmaq olar.

Nazirlər Kabinetinə bu sərəncamla təsdiq edilən Dövlət Strategiyasının həyata keçirilməsi üzrə fəaliyyət planının layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; bu sərəncamla təsdiq edilən Dövlət Strategiyasının icrasının gedişi barədə hər il üzrə hesabatı növbəti ilin 1 mart tarixinədək Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti