Döyüş təyyarəsi qayalıqlara çırpıldı

Döyüş təyyarəsi qayalıqlara çırpıldı
  25 Oktyabr 2013    Oxunub:994
İsveçrənin döyüş təyyarəsi qəzaya uğrayıb.
İsveçrə hərbi hava qüvvələrinə məxsus FA-18 tipli döyüş təyyarəsi oktyabrın 24-də yerli vaxtla saat 10 radələrində qəzaya uğrayıb. Bu barədə ölkənin müdafiə nazirliyi məlumat yayıb.

Məlumatda bildirlir ki, Obvald kantonundan havaya qalxan ikiyerli döyüş təyyarəsi Alpnax gölü yaxınlığındakı qayalıqlara çırpılıb. Hər iki pilot həlak olub.

Müdafiə nazirliyinin rəsmisi təlim keçən təyyarənin uçuş etdiyi vaxt hava şəraitinin pis olduğunu bildirib.

Qəzanın səbəbi araşdırılır.


Teqlər:





Xəbər lenti