Qarabağda erməni əsgər ölüb - Yenilənib

Qarabağda erməni əsgər ölüb - Yenilənib
  27 Sentyabr 2018    Oxunub:3864
Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Dağlıq Qarabağ bölgəsində qanunsuz yerləşdirilən işğalçı erməni ordusunun “N” saylı hərbi hissəsində xidmət keçən əsgərin meyiti tapılıb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, erməni əsgərin cəsədi ötən axşam saat 20:10 radələrində Dağlıq Qarabağın şimalındakı hərbi hissələrdən birinin döyüş postunda aşkarlanıb. Ölən erməni əsgərinin 1999-cu il təvəllüdlü Aqasi Derenikoviç Mkrtçyan olduğu bildirilib.

Qeyd olunub ki, Mkrtçyan naməlum şəraitdə aldığı güllə yarasından ölüb. Ona əsgər yoldaşları tərəfindən atəş açıldığı istisna edilmir. Hadisənin baş vermə şəraiti və detalları araşdırılır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ  





Xəbər lenti