Tramp baş nazirlə görüşdən imtina etdi

Tramp baş nazirlə görüşdən imtina etdi
  27 Sentyabr 2018    Oxunub:2689
ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdo ilə təkbətək görüşdən imtina edib.
AzVision.az “Business Insider” ə istinadən xəbər verir ki, Tramp Kanada baş nazirinin Şimali Amerika azad ticarət zonası (NAFTA) haqqında müqaviləyə yenidən baxılmasına dair danışıqları irəlilətmək istəmədiyinə görə onunla görüşdən imtina edib.

“Onların gömrük rüsumları olduqca yüksəkdir və o (Trüdo) irəliyə doğru addımlamaq istəmir. Ona görə də dedim ki, görüş barədə unutsun. Biz Kanada ilə danışıqlardan və onların diplomatik stilindən çox narazıyıq. Onların danışıqlardakı nümayəndələri bizim xoşumuza gəlmir”, – deyə Tramp vurğulayıb.

Lakin Kanada baş nazirinin nümayəndəsi Trampın sözlərini təkzib edərək bildirib ki, Trüdonun ABŞ prezidenti ilə görüşməsi üçün heç bir sorğu göndərilməyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Kanada   ABŞ   NAFTA  



Xəbər lenti