Ermənistanda 12 yaşlı uşaq intihar edib

Ermənistanda 12 yaşlı uşaq intihar edib
  27 Sentyabr 2018    Oxunub:2611
Ermənistanın Araqaçotn əyalətindəki kəndlərdən birində 12 yaşlı uşaq özünü asaraq intihar edib.
AzVision.az “Shamshyan.com”a istinadən xəbər verir ki, hadisə ötən axşam baş verib. İntiharla bağlı məlumat daxil olan kimi hadisə yerinə baş çəkən polislər 12 yaşlı uşağın cəsədini ağacdan asılı vəziyyətdə tapıblar. İntihar edən uşağın 5-ci sinifdə oxuduğu məlum olub.

Tibbi ekspertiza zamanı azyaşlının bədənində heç bir zorakılıq və şiddət izi aşkarlanmayıb. Uşağın hansı səbəbdən intihar etdiyi bilinmir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   intihar  





Xəbər lenti