Alman polisi Türkiyəyə casusluqda ittiham olunur

Alman polisi Türkiyəyə casusluqda ittiham olunur
  27 Sentyabr 2018    Oxunub:4676
Berlin Polis İdarəsinin yüksək rütbəli polis zabiti Türkiyənin xüsusi xidmət orqanlarına casusluq edərək, Ankaranın xeyrinə məlumatların toplanılması və ötürülməsində ittiham olunur.
AzVision.az xəbər verir ki, bu bardə Almaniyanın “Der Tagesspiegel” qəzeti etibarlı mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, casus polis Almaniyada yaşayan türkiyəli müxalifətə dair məlumatlar və xüsusən də, onların qeydiyyatda olduqları ünvanlar baradə Ankaraya informasiya ötürüb. Polis zabitinin Türkiyə xüsusi xidmət orqanları ilə əlaqəni Türkiyənin Berlindəki səfirliyinin əməkdaşı vasitəsilə həyata keçirdiyi ehtimal olunur.

Yayılan məlumata dair Berlin Prokurorluğu, yaxud Polis İdarəsi tərəfindən hələ ki heç bir şərh verilməyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: türkiyə   Almaniya  





Xəbər lenti