“Qarabağ” - “Arsenal” oyununa 30 min bilet satılıb

“Qarabağ” - “Arsenal” oyununa 30 min bilet satılıb
  27 Sentyabr 2018    Oxunub:6009
UEFA Avropa Liqasında “Qarabağ” və İngiltərənin ”Arsenal” komandaları arasında keçiriləcək II tur matçına satılan bilet sayı açıqlanıb.
AzVision.az Ağdam klubunun rəsmi "Facebook" səhifəsinə istinadən bildirir ki, artıq 30 min bilet satılıb.

Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri 2 manat, 5 manat, 15 manat, 20 manat və 50 manatdır. Onları Qarabağ FK Fan-şop ("Park Bulvar"), İticket kassaları, Sumqayıt şəhəri ("ASAN Xidmət"), "28 Mall" və "Gənclik Mall"dan almaq mümkündür.

Qeyd edək ki, “Qarabağ” - ”Arsenal” oyunu oktyabrın 4-ü saat 20:55-də başlayacaq.

AzVision.az


Teqlər: Qarabağ   Arsenal   Avroliqa  





Xəbər lenti