“İsrail nüvə silahına malik olduğunu etiraf etməlidir” - İran XİN

“İsrail nüvə silahına malik olduğunu etiraf etməlidir” - İran XİN
  28 Sentyabr 2018    Oxunub:3536
"Təl-Əviv özünün nüvə silahlanmasına dair qeyri-qanuni proqramını dünyaya bəyan etməlidir"
AzVision.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün "Tvitter" səhifəsində yazıb.

“Sənət və hiylə şousu İsrailin bizim regionda “gizli” və “bəyan edilməmiş” nüvə silahlanması proqramına və real nüvə arsenalına malik olan yeganə rejim olması faktını gizlədə bilməz. İsrailin etiraf etmək və özünün qeyri-qanuni nüvə silahlanması proqramını beynəlxalq inspektorlar üçün açmasının vaxtı çatıb”, – deyə Cavad Zərif bəyan edib.

Qeyd edək ki, Cavad Zərifin bu bəyanatından əvvəl İsrailin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının tribunasında çıxış edərək İsrail kəşfiyyatının Tehranda tonlarla nüvə avadanlığı və materiallarının olduğu gizli anbar aşkarladığını bildirib və peyk vasitəsilə çəkilən şəkilləri sübut kimi göstərib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   İsrail   Nüvə  





Xəbər lenti