Baxtadze BMT-də Qafqazın problemlərini qaldırdı

Baxtadze BMT-də Qafqazın problemlərini qaldırdı
  28 Sentyabr 2018    Oxunub:3681
Cənubi Qafqazda mövcud olan münaqişləri nəzərə alsaq, hətta ən kiçik insident belə ağır nəticələrlə müşayiət olunan idarəolunmaz proseslərə gətirib çıxara bilər.
AzVision.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze BMT baş Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, belə bir vəziyyətdə dünya birliyinin Rusiya-Gürcüstan münaqişəsi də daxil olmaqla, Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə nizamlanmasına ciddi dəstək verməsi olduqca vacibdir.

“Beynəlxalq ictimaiyyət bir olmalı və dövlətlərin bərabərliyi və beynəlxalq birlik tərəfindən tanınan sərhədlərin toxunulmazlığı prinsiplərini aktiv şəkildə dəstəkləməlidir. Çünki beynəlxalq hüquq normalarına riayət edilməsi və insan hüquqlarının qorunması bütün dünyada sülh və təhlükəsizliyi təmin etməyin yeganə yoludur”, – deyə Baxtadze bəyan edib.

Gürcüstanın baş naziri BMT tribunasından həmçinin, Rusiyanı üzərinə götürdüyü beynəlxalq öhdəliklərini yerinə yetirməməkdə və 2008-ci ildə imzalanan atəşkəs haqqında sazişə əməl etməməkdə günahlandırıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Gürcüstan   Rusiya   CənubiQafqaz  





Xəbər lenti