Moskva Xaçaturovun dəyişdirilməsinə razıdır

Moskva Xaçaturovun dəyişdirilməsinə razıdır
  28 Sentyabr 2018    Oxunub:4274
Rusiya ümid edir ki, Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun dəyişdirilməsi təşkilatın fəaliyyətinə mənfi təsir etməyəcək.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin “RİA Novosti”yə müsahibəsində deyib.

“Ermənistan tərəfi Yuri Xaçaturovun tutduğu postdakı səlahiyyətlərinin vaxtından əvvəl dayandırlmasına təşəbbüs edib. Digər üzv dövlətlər kimi Rusiya tərəfi də KTMT baş katibi ətrafında yaranan vəziyyətin təşkilatın fəaliyyətinin effektivliyi və rabitəliliyinə təsir göstərməməsində maraqlıdır”, – deyə Pankin vurğulayıb.

O, əlavə edib ki, hazırda Xaçaturovun məsələsi ilə bağlı proses KTMT-dəki mövcud prosedurlar çərçivəsində icra olunur.

Xatırladaq ki, Yuri Xaçaturov Ermənistanda 2008-ci ilin mart qırğını ilə əlaqədar açılan cinayət işi çərçivəsində ölkənin konstitusiya quruluşunu devirməyə cəhddə ittiham olunur.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Rusiya   KTMT  





Xəbər lenti