“ABŞ verdiyi sözün üstündə durmadı” - Ərdoğandan önəmli açıqlama

“ABŞ verdiyi sözün üstündə durmadı” - Ərdoğandan önəmli açıqlama
  28 Sentyabr 2018    Oxunub:4547
Vaşinqtonun Suriyadakı davranışları səbəbindən Fərat çayından şərqdəki ərazilərə nəzarət edən YPG terrorçularına qarşı Rusiya ilə Türkiyə birgə əməliyyat keçirə bilərlər.

AzVision.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu cür ssenarini istisna etməyib.
“Hazırda gündəlikdə belə bir məsələ yoxdur. Amma bunun baş verməyəcəyini də deyə bilmərəm. Hadisələrin gedişatını izləyərək ona uyğun qərar verəcəyik", - deyə Ərdoğan bildirib.

O həmçinin, ABŞ-ı YPG/PYD terrorçularının Menbiçdən çıxarılmasına dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edib.

“ABŞ Menbiç üzrə razılaşdığımız yol xəritəsinə və təqvim planına əməl etməyib. ABŞ və Türkiyə arasında əldə olunmuş razılşmaya əsasən, YPG/PYD silahlıları 90 gün ərzində Suriyanın Menbiç şəhərini tərk etməli idilər. Amma bu, hələ də baş verməyib. ABŞ verdiyi sözün üstündə durmadı”, – deyə Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti, əlavə edib ki, Vaşinqton ikitərəfli anlaşmaya uyğun şəkildə davranmaq əvəzinə, kürd terrorçuları ilə birlikdə Suriyanın şimalında hərbi mövcudluğunu daha da gücləndirir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   Rusiya   ABŞ   Menbiç  





Xəbər lenti