“Lazım olsa, Rusiya və Çindən silah alacağıq” - Ərdoğan

“Lazım olsa, Rusiya və Çindən silah alacağıq” - Ərdoğan
  28 Sentyabr 2018    Oxunub:3813
Türkiyə istər NATO üzvü olsun, istərsə də yox - istənilən ölkədən silah ala bilər.
AzVision.az “Daily Sabah“a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Akaranın Rusiyadan “S-400” raketdən müdafiə sistemlərini almasını tənqid edən “müttəfiqlərinə” cavab olaraq bildirib.

“İnciməsinlər, amma lazım olarsa, Rusiya və Çindən də silah alacağıq. Hətta istənilən ölkə ilə birgə silah da istehsal edə bilərik və bu istiqamətdə hazırlıq görürük. Hazırda Fransa, İtaliya və Türkiyə olaraq atdığımız ortaq addımlar var. Britaniya ilə də əməkdaşlıq həyata keçiririk. Azad bazar iqtisadiyyatının mövcud olduğu vaxtda bir ölkənin qarşısını kəsmək doğru deyil”, – deyə Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti əlavə edib ki, hazırda ABŞ-ın əlində yeganə silah var, o da dollarıdır.

Leyla Elbrusqızı
AzVision.az




Teqlər: türkiyə   Rusiya   ABŞ  





Xəbər lenti