Tehrandan Körfəz ölkələrinə hədə: “Qırmızı xətt”i keçməyin!

Tehrandan Körfəz ölkələrinə hədə: “Qırmızı xətt”i keçməyin!
  28 Sentyabr 2018    Oxunub:4533
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Tehranın cızdığı “qırmızı xətt”ə hörmət etməlidirlər, əks təqdirdə qəzəbli qisasla üzləşəcəklər.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu İranın İnqilab Keşikçiləri Korpusunun sədr müavini, briqada generalı Hüseyn Səlami Tehrandan regionadakı təsirini azaltmağı tələb edən ABŞ və onun mütəfiqlərinə cavab olaraq deyib.

“Əgər bizim “qırmızı xətt”imizi keçsəniz, əmin olun ki, biz də sizinkini keçəcəyik. İran xalqının necə bir fırtına yaratmaq gücünə qadir olduğunu bilirsiniz. Konspirasiyalar və gərginlik yaratmağa son qoyun. Siz gözəgörünməz deyilsiniz!”, – deyə iranlı general xəbərdarlıq edib.

Səlami, həmçinin ABŞ-a üzünü tutaraq terrorçuları dəstəkləməyə son qoymasını tələb edib. Onun sözlərinə görə, əgər Vaşinqton bu niyyətlərindən əl çəkməzsə, cavab verməli olacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   Səudiyyə   BƏƏ   ABŞ  



Xəbər lenti