“İranda 800-dən çox siyasi məhbus var” - ABŞ rəsmisi

“İranda 800-dən çox siyasi məhbus var” - ABŞ rəsmisi
  28 Sentyabr 2018    Oxunub:4566
İranda 800-dən çox siyasi məhbus saxlanılır.

AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert keçirdiyi brifinqdə bəyan edib.
“800-dən çox vicdan və siyasi məhbus əsas insan hüquqlarını və dini azadlıqlarını həyata keçirdiklərinə görə Tehrandakı rejim tərəfindən əsir götürülüb. Biz həmin məhbusları dəstəkləyirik və İrandakı rejimə onları dərhal azad etmələri barədə çağırış edirik”, – deyə ABŞ Dövlət Departamentinin rəsmisi bildirib.

Nauertin sözlərinə görə, İranda 2017-ci ilin dekabrından başlayan etiraz aksiyalarında 20 nəfər ölüb, 5 min etirazçı isə həbs olunub. Ümumilikdə, 2018-ci il ərzində daha bir neçə yüz insan həbs edilib.

Qeyd edək ki, BMT-nin hesabatlarına əsasən, İran İslam Respublikasında milli və dini azlıqlara qarşı sistematik şəkildə təzyiqlər gücləndirilir, bəhai dininə inananlar, eləcə də islamı tərk edərək xristianlığı qəbul edən vətəndaşlar incidilir, əzab-əziyyətə məruz qalırlar. Sənədlərdə İranda söz və ifadə azadlığı ilə bağlı vəziyyətin əvvəlki illərlə müqayisədə ağırlaşdığı vurğulanıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti