Azərbaycan millisi Ermənistanı məğlub etdi

Azərbaycan millisi Ermənistanı məğlub etdi
  28 Sentyabr 2018    Oxunub:6748
Gürcüstanın Batumi şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında kişilərdən ibarət Azərbaycan millisi Ermənistan yığması ilə qarşılaşıb.

AzVision.az-ın məlumatına görə, prinsipial görüş Azərbaycanın Ermənistan üzərində 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb.
Şahmatçımız Şəhriyar Məmmədayov Levon Aronyanı, Teymur Rəcəbov Qabriel Sargissyanı məğlub edib. Rauf Məmmədov isə Hayk Martirosyanla heç-heçə oynayıb

Qeyd edək ki, Azərbaycan yığması 5 turdan sonra topladığı 10 xalla turnir cədvəlinə liderlik edir.

AzVision.az


Teqlər: Şahmat   Ermənistan   Azərbaycan  





Xəbər lenti