İndoneziyada ölü sayı 405 nəfərə çatıb - Yenilənib

İndoneziyada ölü sayı 405 nəfərə çatıb - Yenilənib
  30 Sentyabr 2018    Oxunub:5548
İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami nəticəsində həlak olanların sayı 405 nəfərə çatıb.
Bu barədə İndoneziyanın Kommunikasiya və İnformasiya Nazirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Ferdinandus Setu məlumat yayıb.

Onun sözlərinə görə, hələlik yalnız Palu şəhərində həlak olanlar barədə məlumat əldə edilir. Bildirilir ki, xilasedicilər hələ də zəlzələnin episentrinin qeydə alındığı Dunqala rayonuna çatmayıblar. Orada təqribən 300 min əhali yaşayır.

***
İndoneziyanın Sulavesi adasında baş vermiş silsilə zəlzələlər və sunami nəticəsində ölənlərin sayı 380 nəfərə çatıb.

AzVision.az xəbər verir ki, bu barədə məlumatı France-Presse yayıb.

***
İndoneziyanın Sulavesi adasında baş vermiş silsilə zəlzələlər və sunami nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb.

AzVision.az xəbər verir ki, təbii fəlakətlər nəticəsində 356 nəfər yaralanıb. Hazırda hadisə baş verən ərazidən insanların evakusiyasına başlanılıb.

***

İndoneziyanın Sulavesi adasında baş vermiş silsilə zəlzələlər və sunami nəticəsində azı 30 nəfər həlak olub, 12 nəfər xəsarət alıb.

AzVision.az xəbər verir ki, yaralıların və həlak olanların yerləşdirildiyi yerli xəstəxanalardan birinin həkimi bu barədə məlumat verib. Lakin yerli hakimiyyət orqanları hələlik həlak olanların sayını açıqlamır.

Xatırladaq ki, dünən səhər Sulavesi adasında 6.1 bal gücündə zəlzələ baş verib.

AzVision.az


Teqlər: İndoneziya   Sunami  





Xəbər lenti