Rusiya gəmisi Cənubi Koreyada saxlanılıb

Rusiya gəmisi Cənubi Koreyada saxlanılıb
  29 Sentyabr 2018    Oxunub:3581
Rusiyanın "Qudzon" şirkətinə məxsus "Sevastopol" yük gəmisi ABŞ-ın sanksiyalarına görə Cənubi Koreyada saxlanılıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Vladivostokdakı Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyanın rəsmisi Pyotr Osiçanski deyib. Onun sözlərinə görə, yük gəmisinin saxlanılmasına səbəb ABŞ-ın onun sahibinə qarşı tətbiq etdiyi sanksiyalar ola bilər.

"Bu gün isə şirkət Koreya dilində məktub alıb. Məktubda deyilir ki, gəmi həbs olunmayıb və araşdırma aparılması üçün müvəqqəti olaraq saxlanılıb".

AzVision.az


Teqlər: Rusiya   Gəmi  





Xəbər lenti