Polşada tutulan erməni manyak Belçikaya göndəriləcək

Polşada tutulan erməni manyak Belçikaya göndəriləcək
  29 Sentyabr 2018    Oxunub:3709
Belçika polisinin qaçaq cinayətkarları izləyən xüsusi qrupu (FAST) erməni mənşəli seksual manyak Hayk Terteryanı Polşada tutub.
AzVision.az xəbər verir ki, Terteryan Polşada saxlanılmazdan əvvəl bir şəxsə ağır bədən xəsarətləri yetirib və məlum olub ki, Terteryanın sənədləri saxtadır. Onun əsl şəxsiyyəti barmaq izlərinə əsasən müəyyən edilib və o, tezliklə Belçikaya ekstradisiya ediləcək.

Qeyd edək ki, 2011-2012-ci illərdə Ostend şəhərində (Belçika) beş zorlama cinayəti törətmiş Terteryanın adı Belçika polisinin “ən çox axtarışda olan şəxslər” siyahısındadır. Belçika məhkəməsi erməni cinayətkarı qiyabi olaraq, cəzasını ciddi rejimli həbsxanada çəkmək şərtilə 15 il azadlıqdan məhrum edib.


AzVision.az


Teqlər: Polşa   Erməni  





Xəbər lenti