"Qarabağ" - "Arsenal" oyununa 37 mindən çox bilet satılıb

"Qarabağ" - "Arsenal" oyununa 37 mindən çox bilet satılıb
  29 Sentyabr 2018    Oxunub:5581
Avropa Liqasında “Qarabağ” və İngiltərənin ”Arsenal” komandaları arasında keçiriləcək II tur matçına indiyədək satılan bilet sayı açıqlanıb.
AzVision.az xəbər verir ki, artıq 37 mindən çox bilet sahibini tapıb. Stadionun tutumunun 68 700 nəfərlik olduğunu nəzərə alsaq, bu, biletlərin 50 faizdən çoxunun satılması deməkdir.

Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri 2 manat, 5 manat, 15 manat, 20 manat və 50 manatdır. Onları Qarabağ FK Fan-şop ("Park Bulvar"), iTicket kassaları, Sumqayıt şəhəri ("ASAN Xidmət"), "28 Mall" və "Gənclik Mall"dan almaq mümkündür.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - ”Arsenal” oyunu saat 20:55-də başlayacaq.

AzVision.az


Teqlər: Qarabağ   Arsenal   Futbol  





Xəbər lenti