ABŞ-da 8 nəfəri öldürəni edam gözləyir

ABŞ-da 8 nəfəri öldürəni edam gözləyir
  29 Sentyabr 2018    Oxunub:3985
ABŞ Prokurorluğu Nyu-Yorkda terror aktı törətməkdə və 8 nəfəri öldürməkdə ittiham olunan Özbəkistan sakini Seyfullah Saipova edam cəzası tələb etməyi qərara alıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, Nyu-York ştatının federal məhkəməsinin qərarı ilə son ölüm cəzası 1953-cü ildə icra edilib.

Qeyd edək ki, 2017-ci il oktyabrın 31-də 30 yaşlı Saipov Nyu-York küçələrinin birində pikap avtomobilini yüksək sürətlə insanların üzərinə sürüb. İnsident nəticəsində 8 nəfər həyatını itirib. Sürücü polis tərəfindən yaralı vəziyyətdə həbs edilib. Seyfullah Saipov bu addımı İŞİD qruplaşmasının ideoloji təsiri altında atdığını bildirib.

AzVision.az


Teqlər: Nyu-York   Edam  





Xəbər lenti